EN

Rutte: "Avropanın daha çox məsuliyyəti öz üzərinə götürməsi..."

"Avropanın müdafiə sahəsində üzərinə daha çox məsuliyyət götürməsi və NATO daxilində liderlik roluna sahiblənməsi lazımdır. Bu, ABŞ-ın da NATO ilə daha sıx bağlanmasına rəvac verəcək".

"Cebheinfo.az" xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Mark Rutte 62-ci Münhen Təhlükəsizlik Konfransında deyib.

O qeyd edib ki, fevralın 12-də Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısında Avropanın müdafiə sahəsində daha çox məsuliyyət götürməyə başladığını müşahidə edib və bunun NATO-nu da gücləndirəcəyini vurğulayıb.

Rutte bildirib ki, Avropanın daha çox məsuliyyət daşıması və NATO daxilində liderlik rolunu üzərinə götürməsi ABŞ-nin alyansa daha sıx bağlanmasına gətirib çıxaracaq.

Avropalıların illər boyu ABŞ ilə müqayisədə müdafiəyə xeyli az vəsait ayırmasının narahatlıq doğurduğunu qeyd edən Rutte, bu istiqamətdə baş verən dəyişikliklərin müsbət qarşılandığını bildirib. O əlavə edib ki, ABŞ NATO-ya sadiq qalmaqda davam edir.

Rutte bütün müttəfiqlərin birgə hərəkət etmək barədə razılaşdıqlarını, lakin Avropanın da “daha çox iş görməli” olduğuna inandıqlarını və bu istiqamətdə ABŞ ilə koordinasiyalı şəkildə irəlilədiklərini deyib.

Rusiya-Ukrayna müharibəsinə toxunan Rutte bildirib: 

“Bu iddia olunan Rusiya ayısı əslində yoxdur, Rusiya ilbiz sürəti ilə irəliləyir və çox böyük itkilər verir”.

Rutte ABŞ-nin prioritetliyi ilə aparılan sülh prosesinin asan olmadığını və vaxt aparacağını qeyd edərək, Vaşinqtonun NATO müttəfiqləri ilə daimi əlaqə saxladığını da əlavə edib.

Chosen
29
cebheinfo.az

1Sources