EN

BDU da Azərbaycanın ilk Qabaqcıl Materialşünaslıq Mərkəzi yaradılır

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 fevral, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) Elmi şurasının qərarı ilə ölkədə ilk dəfə yeni nəsil materialların tədqiqi üzrə ixtisaslaşmış Qabaqcıl Materialşünaslıq Elmi-Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayır.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Qeyd olunub ki, kvant texnologiyaları, enerji çevrilməsi və saxlanılması üçün funksional materialların yaradılması, yeni materialların dizaynında maşın öyrənməsi (AI) və elektron quruluş nəzəriyyəsindən istifadə, qlobal elmi mərkəzlərlə birgə tədqiqatlar aparılması və gənc mütəxəssislərin hazırlığı mərkəzin əsas hədəfləridir.

Mərkəz tərkibində iki laboratoriya fəaliyyət göstərəcək.

Bu addım Azərbaycan elminin qlobal rəqabətədavamlılığını artırmaqla yanaşı, yüksək texnologiyalar üçün yerli elmi bazanın formalaşmasına xidmət edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
137
azertag.az

1Sources