EN

"Araz-Naxçıvan" braziliyalı futzalçını heyətinə qatıb

"Araz-Naxçıvan" heyətini yeni futzalçı ilə gücləndirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidmətindən bildirilib.

Braziliyalı Elan Delon Pereyra da Silva ilə müqavilə imzalanıb.

24 yaşlı oyunçu karyerası ərzində ölkəsinin "Pumas-SE", "Uniao Bahia-BA" klubları ilə yanaşı, Avstriyanın "Göfis" və Tacikistanın "Soro Kompaniya" komandalarında da çıxış edib.

"Cebheinfo.az"

Chosen
60
12
cebheinfo.az

10Sources