EN

"Qalatasaray"ın ulduzları Avropa nəhənglərinin hədəfində

Almaniya, İspaniya və İngiltərənin böyük klubları "Qalatasaray"ın ulduz futbolçularının xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib.Yerli KİV yazıb ki, sarı-qırmızılı klubun üç ulduzu - Barış Alper Yılmaz, Yunus Akgün və Sinqo Avropa nəhəngləri tərəfindən nəzarətə götürülüb. Avropanın ən azı 10 aparıcı komandasının nümayəndəsi "Qalatasaray"in "Yuventus"la oyununu izləyəcək.

Türkiyə KİV-i yazıb ki, real təklif olsa, İstanbul təmsilçisi müzakirə masası arxasında əyləşməyə hazırdır. "Qalatasaray"ın bu futbolçuları satıb böyük məbləğdə vəsait əldə etmək niyyətində olduğu bildirilir.

Chosen
30
metbuat.az

1Sources