EN

Meta şirkətinin ağıllı eynək satışları 7 milyona çatıb

Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Sosial media nəhəngi "Meta" və eynək istehsalçısı "EssilorLuxottica" arasında tərəfdaşlıq çərçivəsində hazırlanmış süni intellektlə işləyən ağıllı eynəklər 2025-ci ildə rekord satış göstəricilərinə çatıb.

Banco.az xəbər verir ki, şirkətlərin açıqladığı dördüncü rüb maliyyə nəticələrinə görə, 2025-ci il ərzində 7 milyondan çox ağıllı eynək satılıb.

Bu göstərici 2023 və 2024-cü illərdə ümumi satışların 2 milyon ədəd civarında olması ilə müqayisədə üç dəfədən çox artım deməkdir. Məlumatlar geyilə bilən süni intellekt cihazlarına tələbatın sürətlə yüksəldiyini göstərir.

Açıqlanan satış rəqəmlərinə həm "Ray-Ban", həm də "Oakley" brendləri altında təqdim olunan ağıllı eynək modelləri daxildir. "Oakley" brendi altında buraxılan ağıllı eynəklər 2025-ci ilin iyun ayında satışa çıxarılıb.

İkonik dizaynların süni intellekt xüsusiyyətləri ilə birləşdirilməsi məhsullara marağı artıran əsas amillərdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, "Meta" və "EssilorLuxottica" arasında əməkdaşlıq 2019-cu ildə başlayıb. Ağıllı eynəklərin ilk nəsli 2021-ci ilin sentyabrında satışa çıxarılsa da, məhsullar əsasən 2023-cü ildə təqdim olunan ikinci nəsil modellərlə daha geniş auditoriyaya çatıb. İkinci nəsildə dizayn, performans və süni intellekt inteqrasiyası baxımından əhəmiyyətli yeniliklər həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
84
1
banco.az

2Sources