Türkiyənin ASFAT şirkəti İordaniya Hərbi Dəniz Qüvvələrinə (HDQ) 4 ədəd ASBOT KN-43 və 1 ədəd ASBOT KN-43 SAR kateri tədarük edəcək.
“Poliqon” xəbər verir ki, bunun üçün tərəflər arasında müqavilə imzalanıb.
Sənədə İordaniya HDQ-nin komandanı polkovnik Hişam Xaleel Əl-Cərrah və ASFAT-ın baş direktoru Mustafa İlbaş imza atıb.
Bununla bağlı keçirilmiş imza mərasimində “İstanbul” gəmiqayırma zavodunun komandanı kontr-admiral Recep Erdinç Yetkin də iştirak edib.