EN

“Varlı qadın” yenidən tamaşaçılarla görüşə gəlir

Azertag saytına istinadən ain.az xəbər verir.

Şəki, 14 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Şəki Dövlət Dram Teatrında ictimai baxışı anşlaqla keçən tamaşa bu gecə bir daha nümayiş etdiriləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib. Qeyd olunub ki, Şəki Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın növbəti dəfə nümayişi təşkil olunur.

Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Səhnə əsərində rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Xəyal Salahov, Rəşid Mirizadə, Pərviz İsmayılov, Rəsul Məmmədrəhimov, Nazilə İmamhüseynova, Arzu Mustafayeva, Sənubər İsrafilova, Elvin Mabudov, Arzuman Abdullazadə, Nuranə Mirzəliyeva, Nərmin Nəbiyeva, Gülxar İmamhüseynova, Cavidan Eminov və Yaqub Lətifzadə oynayırlar.

Səhnə əsərində maddiyyatın mənəviyyatı üstələməsi, insanın öz nəfsinə sahib çıxa bilməyib ailə dəyərlərini tapdalamasından bəhs edilir.

Xatırladaq ki, ötən il noyabrın 26-da ictimai baxışı keçirilən bu tamaşa teatrşünaslar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbədən teatr rəbərliyi tamaşanın növbəti dəfə səhnə nümayişini təşkil edir. Şəki sakinləri və şəhərin qonaqları bu gün axşam saat 17-dən etibarən Şəki Dövlət Dram teatrında tamaşanı izləyə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
azertag.az

1Sources