EN

Bakıda əməliyyat keçirildi – Saxlanılan var

Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Əli Əliyev saxlanılıb.

Həmin şəxsdən 4 kiloqram 20 qram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində müxtəlif ünvanlara maddi gəlir qarşılığında çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sabunçu rayonu ərazisində ilin əvvəlindən keçirilən əməliyyat tədbirləri zamanı ümumilikdə 42 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DOĞRU.AZ

Chosen
24
39
dogru.az

10Sources