EN

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

Bakı. Trend:

Bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaranmasıgünüdür.

Azərbaycan HHQ-si Silahlı Qüvvələrimizin xüsusi qoşun növüdür.Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimiformalaşdırılması ötən əsrin 90-cı illərinə təsadüf edir. 1992-ciil fevralın 14-də Milli Ordunun HHQ-si ayrıca bölmə kimi təsisolunub və həmin vaxtdan bu tarix Hərbi Hava Qüvvələri Günü kimiqeyd edilir.

1994-cü ildə atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycandabaşlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HavaHücumundan Müdafiə Qoşunları (HHMQ) təşkil edib. 1997-ci ildəAzərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbitəyyarəçilərimizin buraxılışına başlayıb.

Yeri gəlmişkən, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbovolub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən havaəməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisindəgedən döyüşlərdən birində həlak olub.

Trend xəbər verir ki, bu günən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən HHQ vəHHMQ Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.

Son illərdə ölkəmizdə müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətlihissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib və onunaviaparkı müasirləşdirilib.

Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrəƏməliyyat Planı çərçivəsində H.Z.Tağıyev qəsəbəsindəki hərbiaerodrom modernləşdirilib. Eyni zamanda, hərbi aerodromlardauçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusiavadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilibvə təmir edilib.

Azərbaycan müstəqillik qazandığı dövrdən etibarən HHQ-nininkişafında növbəti mərhələ başlayıb. HHQ-nin pilotlarınınbeynəlxalq təlimlərdə iştirakı, uçuş və döyüş hazırlığınınartırılması daim diqqət mərkəzində saxlanılır. Azərbaycan HHQ-ninpilotları Müstəqil Dövlətlər Birliyi məkanında ən çox uçuşkeçiriblər.

Bu gün Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrininflaqmanı olan Heydər Əliyev adına Hərbi İnstitutda müxtəlifixtisaslar üzrə peşəkar zabitlər hazırlanır. Onlar hərbi xidmətinçətinliklərinin öhdəsindən layiqincə gələrək respublikamızınmüstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda hər birəmrə hazırdırlar. HHQ, HHMQ, Hərbi Dəniz Qüvvələri fakültələrindəaviasiyanın döyüş idarəetməsi, eləcə də dənizçi ixtisasları üzrəpeşəkar zabitlər, təyyarəçilər, şturmanlar, mexaniklər,silahlanmanın müxtəlif sistemləri üzrə mütəxəssislər, aviasiyaxidmətləri, radiotexniki vasitələr üzrə mühəndislər hazırlanır.

Zəfərin başlanğıcı olan Aprel döyüşlərində HHQ qarşı tərəfəuğurlu zərbələr endirib. Döyüşdə “Mi-24” helikopterinin üç pilotu -Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadəqəhrəmancasına şəhid olublar.

Hava şahinlərimizin, pilotlarımızın İkinci Qarabağ müharibəsindəQələbənin qazanılmasında böyük rolu olub. HHQ-nin hərbiqulluqçuları qəhrəmanlıq və şücaət nümunələri göstəriblər. Vətənmüharibəsində HHQ tərəfindən Ermənistan silahlı qüvvələrinin havahücumundan müdafiə sistemini məhv etmək məqsədilə “Qarabağ mücrüsü”adlı xüsusi əməliyyat planı hazırlanıb. Bu, hərbçilərimizin qarşıtərəfin fikrini yayındırmaq üçün variantları idi. Düşməni bütün növzenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcudaviasiya vasitələrini havaya qaldırıb, kütləvi aviasiya zərbəsiimitasiya edildi. Həmin imitasiya vasitələri düşmənin zenit-raketkomplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevrləredib. İkinci tədbir kimi, düşmənin bu üsulu başa düşməməsi üçünDövlət Sərhəd Xidmətinə (DSX) məxsus, göyərtəsində pilot olmayan,“kukuruznik” kimi tanınan AN-2 təyyarələri düşmənin zenit-raketkomplekslərinin məhvetmə zonasına yönləndirilib. Plan uğurla icraolunub və Vətən müharibəsinin ilk günlərində HHQ ilə HHMQ-nin birgəfəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiəsistemlərinin 70 faizi sıradan çıxarılıb. “Bayraktar”, “Harop”,“Sky Striker” zərbə dronları düşmən hədəflərini məhv edib.

İkinci Qarabağ müharibəsində bir neçə pilotumuz Vətən MüharibəsiQəhrəmanı medalı ilə təltif olunub. Onlardan iki nəfəri bu mükafataölümlərindən sonra layiq görülüb. Həmin müharibədə DSX-ninpilotlarından iki nəfər ilk günlərdə şəhidlik zirvəsinə ucalıb.

Ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətənmüharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradkeçirilib. Parad zamanı hərbi texnikaların keçidi olub.

Hava Hücumundan Müdafiə silahları sistemləri kolonuna “Vətənuğrunda” medalı ilə təltif olunmuş general-mayor Zaur Yusiflibaşçılıq edib. Tribuna önündən “S-125 TM”, “BUK-MB”, “BUK-MB2K”,“İLDIRIM-8”, “S-300 FAVORİT” və “TOR-2M” zenit-raketkomplekslərinin keçidi olub. Ardınca silahlanmaya yeni qəbuledilmiş Yerli Müdafiə Sənayesinin məhsulu “VİKİNQ” hava hədəflərinəqarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş“Şilka” özüyeriyən zenit qurğusu və “HQ-9” uzaqmənzilli zenit-raketkompleksi nümayiş olunub.

Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyəpilotlarının iştirakı ilə HHQ-yə məxsus döyüş təyyarələrinin vəhelikopterlərin uçuşu olub. “Akıncı” pilotsuz uçuş aparatı Bakısəmasında, Azadlıq meydanı üzərində 900-1500 metr hündürlükdə dövrəvuraraq çəkilişlər aparıb.

Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlətbayraqlarını daşıyan “Mİ-17” döyüş-nəqliyyat helikopterləriüçlüyünə Vətən Müharibəsi qəhrəmanları – HHQ-nin komandanıgeneral-leytenant Namiq İslamzadə və polkovnik Rəşad Nadirovbaşçılıq edib. “Qarabağ” ordenli general-mayor Zaur Rüstəmovunbaşçılığı ilə “Mİ-17” helikopteri isə Ümummilli Lider HeydərƏliyevin portretini nümayiş etdirib.

Paytaxt səmasında təntənəli aviasiya nümayişləri davam edib.Əvvəlcə polkovnik-leytenant Ziya Əliyevin başçılıq etdiyiuzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş “Mİ-17”döyüş-nəqliyyat helikopterləri beşliyi klin düzülüşündə Azadlıqmeydanının üzərindən keçib. Növbəti mərhələdə “Mİ-17”döyüş-nəqliyyat helikopterlərinin beşliyi klin düzülüşündə uçaraqtamaşaçılara heyranedici anlar yaşadıb. Bu beşliyə “Vətənə xidmətəgörə” ordenli polkovnik-leytenant Sabit Hüseynov rəhbərlikedib.

Daha sonra polkovnik-leytenant Aslan Ramazanovun başçılığı ilə“MFİ-17” təlim təyyarələrinin beşliyi səmada dövrə vurub. Ardınca“L-39” təlim təyyarələrinin beşliyi klin düzülüşündə nümayişinidavam etdirib. Qrupun rəhbəri “Vətənə xidmətə görə” ordenlipolkovnik Əliyar Əsgərov olub. “İL-76” hərbi-nəqliyyat vəsilahlanmaya yeni qəbul edilmiş “C-27J” yük təyyarələrindən ibarətüçlüyü polkovnik-leytenant Zəfər Fərhadov, “Rəşadət” ordenlipolkovnik Ruslan Ələkbərov və “Qarabağ” ordenli polkovnik VüqarSalahov idarə ediblər. Silahlanmaya yeni daxil olan “JF-17”çoxməqsədli qırıcı təyyarələrinin beşliyi də klin düzülüşündənümayişini davam etdirib. Qrupa “Vətənə xidmətə görə” ordenlipolkovnik Novruz Tahirov başçılıq edib. Türkiyə Hərbi HavaQüvvələrini təmsil edən “F-16” çoxməqsədli qırıcı təyyarələrbeşliyi Bakı səmasında peşəkar uçuş nümayiş etdirib. Beşliyə AlbayNevzat Oflamaz başçılıq edib. Təkmilləşdirilmiş “SU-25-Laçın” hücumtəyyarələri beşliyinin başçısı “Qarabağ” ordenli general-mayorHəsən Əlövsədov, 2-ci pilotu isə “Vətənə xidmətə görə” ordenlipolkovnik Anar Həsənov olub. Sonuncu - Azərbaycanın DövlətBayrağının rənglərini paytaxt səmasında canlandıran “SU-25” hücumtəyyarələri qrupuna “Vətənə xidmətə görə” ordenli polkovnik RuslanMəmmədrzayev başçılıq edib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğusahəsində islahatlar, yüksək pilotaja malik pilotlarınyetişdirilməsi davam etdirilir. Şəxsi heyətin döyüş vəmənəvi-psixoloji hazırlığı yüksəldilir, aviabazaların maddi-texnikitəminatı gücləndirilir, uçuş və texniki heyətin sosial-məişətşəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlərgörülür.

HHQ-nin şəxsi heyəti həlledici məqamlarda, Vətən müharibəsindəolduğu kimi, bundan sonra da Ali Baş Komandanın istənilən döyüşəmrini hər an yerinə yetirməyə hazırdır.

Əminliklə deyə bilərik ki, bu gün silah sistemləri və hərbitexnikalarımızla Azərbaycanın hava məkanı düşmənin istifadəsindəkiistənilən texnika və silah növlərindən, hava və yerüstü zərərvurmavasitələrindən etibarlı şəkildə qorunub və bundan sonra daqorunacaq.

Hərbi Hava Qüvvələri Günü münasibətilə bu sahədə təmsil olunanbütün hərbçilərimizi təbrik edir, onlara Vətənin aydın səmasındaZəfər nümayişləri göstərmələrini arzulayırıq.

Chosen
82
12
az.trend.az

10Sources