EN

Təyyarədə dəhşətli dava

İki sərnişin "Jet2" aviaşirkətinin təyyarəsində dava saldığı üçün onlara uçuşla bağlı ömürlük qadağa qoyulub.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Nəşr qalmaqallı insidentin videosunu da yayıb.

Hadisə fevralın 12-də Antalyadan Mançesterə uçan təyyarədə baş verib. Sərnişinlərin sözlərinə görə, spirtli içki qəbul edən kişilərdən biri irqçi çıxışlar etməyə başlayıb, hətta siqaret də əldə etmək istəyib.

Ona qanuni şəkildə rədd cavabı verildikdən sonra kişi aqressivləşib. Kəskin ifadələ görə əsəbləşən sərnişinlərdən biri onunla dava edib. Daha sonra isə digər sərnişinlər də davaya qarışıb.

Kabinədə baş verən kütləvi dava səbəbindən pilotlar təcili eniş etmək qərarına gəliblər. Təyyarə Brüssel hava limanına endikdən sonra polis hər iki kişini saxlayıb və qayda-qanunu pozanları uçuşdan uzaqlaşdırıb.

Chosen
94
publika.az

1Sources