EN

Alp dağlarında 3 xizəkçi həlak olub

Bakı, 14 fevral, AZƏRTAC

Fransanın Savua departamentində 3 xizəkçi həlak olub, 2 nəfər isə xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, onlar Alp dağlarında xizək sürmək üçün nəzərdə tutulmayan ərazidə qar uçqununa düşüblər. Çevik müdaxiləyə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb. Həlak olanlardan ikisi Böyük Britaniya, biri isə Fransa vətəndaşıdır.

Departamentin digər ərazisində xizəkçi 2 metrlik qar yığınının altından sağ-salamat çıxarılıb.

Chosen
17
3
azertag.az

4Sources