EN

Yumurta qaynadarkən niyə suya diş çöpü atırlar? Səbəb bu imiş

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Səhər süfrələrinin əsas qidası olan qaynadılmış yumurta bəzən mətbəxdə əsəbləri tarıma çəkə bilir. Sadə görünən bu proses zamanı qabığın çatlaması, ağının suya yayılması və ya soyarkən yumurtanın dağılması demək olar ki, hər kəsin başına gəlib. Məlum olur ki, bu problemi aradan qaldırmaq üçün olduqca sadə üsul var. Belə ki, həmin suya diş çöpü atmaq lazımdır.Demokrat.az xəbər verir ki, soyuq yumurta birbaşa qaynayan suya salındıqda daxildə təzyiq yaranır və qabıq çatlaya bilir. Suyun içindəki diş çöpü qaynama zamanı yaranan hərəkəti nisbətən sabitləşdirir, yumurtaların bir-birinə dəyərək zədələnməsinin qarşısını qismən alır.Bu üsul həm də qabığın daha asan soyulmasına kömək edir. Xüsusilə təzə yumurtalarda daxili qat qabığa möhkəm yapışdığı üçün soymaq çətin olur. Diş çöpü ilə qaynatma zamanı qabıq daha rahat ayrılır və səth hamar qalır.Əlavə xərc və xüsusi vasitə tələb olunmur, bir ədəd diş çöpü kifayətdir. Nəticə istifadə olunan qab və suyun qaynama səviyyəsindən asılı olaraq dəyişə bilər, lakin bir çoxu bu üsulun xüsusilə soyma mərhələsində fərq yaratdığını bildirir.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
129
demokrat.az

1Sources