EN

Kombi ustalarının illərdir gizlətdiyi sirr İdeal dərəcə bu imiş

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Kombi istifadəçilərinin çoxu qışın oğlan çağında isti suyun dərəcəsini maksimuma qaldırmağa meyllidir, amma bu vərdiş həm büdcəyə, həm də texnikaya ciddi zərbə vurur. Ustalara görə, cihazı son həddə qədər qızdırmaq qaz sərfiyyatını süni şəkildə artırmaqdan başqa bir işə yaramır.Demokrat.az xəbər verir ki, mütəxəssislər ideal temperaturun 45-50 dərəcə arasında sabitlənməli olduğunu bildirirlər. Kranı açanda həddindən artıq qaynar su gəldiyi üçün onu məcburən soyuq su ilə qarışdırırıq, bu da kombinin boş yerə daha çox enerji xərcləməsi deməkdir. Əslində, cihazın gücünü boşa sərf etmədən də lazımi istiliyi əldə etmək mümkündür.İllərdir müxtəlif markaların təmiri ilə məşğul olan ustalar qeyd edirlər ki, 45-50 dərəcəlik diapazon həm gündəlik komfortu təmin edir, həm də cihazın daxili hissələrinin ömrünü uzadır. Onlar vurğulayır ki, dərəcəni bu səviyyədə saxlamaqla kranı açarkən yaşanan ani yanma və ya suyun qəfil soyuması kimi xoşagəlməz halların da qarşısını almaq olar.Enerji səmərəliliyi baxımından edilən bu kiçik toxunuş ayın sonunda gələn qaz borcuna birbaşa təsir edir. Ekspertlərin fikrincə, istilik tənzimləməsini tez-tez dəyişmək əvəzinə, onu bir dəfə ideal dərəcədə sabitləmək ən doğru addımdır. Beləliklə, həm cihaz stabil işləyir, həm də artıq xərcin qarşısı alınır.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
116
demokrat.az

1Sources