PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 22-ci turunda komandasının “Renn” ilə oyunu barədə danışıb.
İdman.Biz bildirir ki, matç 3:1 hesabı ilə “Renn”in xeyrinə qurtarıb.
“Bu inanılmazdır, çünki çoxlu qol şansı yaratdıq və yalnız bir qol vurduq. “Marsel”lə oyunda da eyni şey oldu. Qol vurmalı idik, amma kifayət qədər effektiv deyildik.
Oyundan sonra çoxlu emosiyalar yaranır. Fərdi anlar haqqında danışmaq istəmirəm. Əsəbi olmaq normaldır. Bu qədər fürsəti əldən verib belə uduzanda və rəqibləriniz qalib gələndə, effektivlik baxımından fərqli bir şey göstərməyə ümid edərək Monakoya gedəcəyik", - “Footmercato” Enrikenin sözlərini sitat gətirir.
Fransa liqasında 22 oyundan sonra PSJ 51 xalla turnir cədvəlinə başçılıq edir. “Renn” 34 xalla beşinci yerdədir.