EN

Sonuncu dəfə Bakıda döyüşdü, testdən keçə bilmədi, kənarlaşdırıldı

Ağır çəki dərəcəsində çıxış edən nigeriyalı döyüşçü Muhəmməd Usman UFC-dən kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Roster Tracker" portalı məlumat yayıb.

36 yaşlı idmançının adının rəsmi siyahıdan çıxarılmasına səbəb onun antidopinq qaydalarını pozmasıdır. Məlumata görə, Usman dopinq testindən keçə bilmədiyi üçün 2 il 6 ay müddətinə bütün yarışlardan diskvalifikasiya edilib.

Muhəmməd Usman sonuncu döyüşünü 2025-ci ilin iyununda Bakıda keçirilən "UFC: Döyüş Gecəsi" turniri çərçivəsində reallaşdırıb. Həmin qarşılaşmada o, Hamdi Abdulvahabı hakimlərin yekdil qərarı ilə məğlub edib.

Chosen
31
sportinfo.az

1Sources