EN

Gürcüstanın xarici ticarət dövriyyəsi azaldı

Bakı. Trend:

Cari ilin yanvar ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 1milyard 597,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlkiilin eyni dövrü ilə müqayisədə 24,2 faiz azdır.

Trend xəbər verir ki, bubarədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ixrac 480,4 milyon ABŞ dolları olub ki, bu daəvvəlki ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur. İdxal isə34,5 faiz azalaraq 1 milyard 117 milyon ABŞ dolları təşkiledib.

Yanvar ayında Gürcüstanın xarici ticarətində mənfi ticarətsaldosu 636,6 milyon ABŞ dolları təşkil edib. Bu, xarici ticarətdövriyyəsinin 39,9 faizi deməkdir.

Chosen
80
1
az.trend.az

4Sources