Bakı. Trend:
2026-cı ildə Böyük Britaniya hökuməti Avropadakı müttəfiqlərləsıx əməkdaşlıq çərçivəsində yüksək dəqiqlikli silah sistemlərininyaradılmasına 400 milyon funt sterlinq (təxminən 545 milyon ABŞdolları) investisiya yatırmağı planlaşdırır.
Trend xəbər verir ki, bubarədə məlumat Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəsmibəyanatında yer alıb.
Sənəddə qeyd olunur ki, London “Storm Shadow” raketlərini əvəzedəcək yeni nəsil silahların hazırlanmasına rəhbərlik edir vəFransa ilə İtaliya ilə birgə “Stratus” adlı raket layihəsini aktivşəkildə irəlilədilir. Gələcək döyüş sursatlarının düşmənin stratejiobyektlərini, o cümlədən hərbi gəmiləri və hava hücumundan müdafiəsistemlərini hədəfə alacağı bildirilir.
Nazirliyin açıqlamasına əsasən, Böyük Britaniya eyni zamandaAlmaniya ilə tərəfdaşlıq çərçivəsində uzaq mənzilli silahlarınistehsalını nəzərdə tutan proqram üzərində də çalışır.
“Deep Precision Strike” adlandırılan sistemin 2 000 kilometrdənçox uçuş məsafəsinə malik olacağı, onun silahlı qüvvələrinistifadəsinə verilməsinin isə 2030-cu illərə təsadüf edəcəyigözlənilir.