İtaliya A Seriyasında XXV tura start verilib.
Apasport.az xəbər verir ki, "Milan" "Pisa" ilə qarşılaşıb.
Görüş "rossenyerilər"in qələbəsi ilə nəticələnib. Hesabı Ruben Loftus-Çek açıb. Çox keçmədən Felipe Loyola hesabı bərabərləşdirib. Buna baxmayaraq "Milan" qələbə topunu vurmağı bacarıb. Luka Modriç komandasına qalibiyyəti gətirib - 2:1.
Qeyd edək ki, "Milan" 53 xalla turnir cədvəlində ikinci, "Pisa" 15 xalla sonuncu pillədə qərarlaşıb.
“Arsenal”dan xal itkisi: ”SİTİ” İLƏ FƏRQ 4-ə DÜŞDÜ
“Siti” və “Liverpul”dan qələbə
”Napoli” mübarizəni dayandırdı, “Komo” YARIMFİNALDA
“Nyukasl”dan qələbə, “Yunayted” YENƏ BACARMADI
“Roma” Malenin dublu ilə sevindi