EN

Etiraf edirəm, iynə ilə arıqlamışam

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Sadakatsiz" serialındakı Gönül obrazı ilə sevilən Gözde Seda Altuner son vaxtlar tanınmaz dərəcədə arıqlaması ilə pərəstişkarlarını təəccübləndirib. Sosial şəbəkədə izləyicilərinin suallarını cavablandıran aktrisa bir çox həmkarından fərqli olaraq dürüstlük nümayiş etdirib və bu dəyişimin sirrini gizlətməyib.Demokrat.az xəbər verir ki, aktrisa arıqlamaq üçün son dövrlər dəbdə olan tibbi üsullara müraciət etdiyini açıq şəkildə boynuna alıb. O, sadəcə pəhrizlə bu nəticəni almağın çətin olduğunu bildirərək belə deyib: "Bəli, uşaqlar, iynə istifadə etdim. "Sadəcə sağlam qidalanıram və müntəzəm idman edirəm" deyib sizi aldatmaq istəmədim. Əlbəttə, onlar da var, amma təkcə idmanla bu mümkün deyil".Aktrisa bu preparatların mütləq mütəxəssis nəzarəti altında tətbiq olunmalı olduğunu xatırladaraq ciddi xəbərdarlıq edib. O, həyatını riskə atanlara müraciətlə bildirib: "Həkim nəzarəti olmadan istifadə etsəniz, ölə bilərsiniz. Öldükdən sonra arıq olmağın nə mənası var?".İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
demokrat.az

1Sources