EN

Aeroport şosesində sürət həddi endirildi

Mərdəkan şosesi, məhdudiyyətin tətbiq edildiyi Hava limanı körpüsünə çatmamış olan hissədə sürət həddi 20 km/saat endirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Bununla bağlı məlumat-sürət tablosunda dəyişiklik olunub. Qeyd edilir ki, məqsəd sürücülərin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən xahiş olunur ki, sürət həddinə əməl etsinlər.

Chosen
40
8
konkret.az

10Sources