EN

Liqa 1: Lider PSJ “Renn”ə məğlub olub - VİDEO

Fransa Liqa 1 mövsümünün 22-ci turunun “Renn” və PSJ arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun Renndəki “Roazhon Park” stadionunda baş tutub. Ev sahibi komanda 3:1 hesablı qələbə qazanb.

“Renn”in hücumçusu Musa Əl-Tamari matçın ilk qolunu 34-cü dəqiqədə vurub. 71-ci dəqiqədə hücumçu Esteban Lepol ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. Üç dəqiqə sonra parisli hücumçu Usman Dembele bir qolun əvəzini çıxıb, 85-ci dəqiqədə isə Breel Embolo PSJ-nin qapısına üçüncü qolu vuraraq hesabı 3:1 edib.

Fransa çempionatında 22 oyundan sonra PSJ 51 xala malikdir və turnir cədvəlinə başçılıq edir. “Renn” 34 xalla beşinci yerdədir.

İdman.Biz
Məqalədə:
Chosen
30
1
idman.biz

2Sources