Ukrayna prezidenti Vladimir Zelenski 13 fevralda Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gəlib. Lakin hava limanında Almaniya rəhbərliyindən heç kim onu qarşılamayıb.
Herbiand.az bildirir ki, Zelenskinin gəlişinin videosunu Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev X sosial şəbəkəsində paylaşıb.
Görüntülərdə yalnız Makeyev və digər səfirlik işçiləri var. Onlar Zelenskini təyyarədən düşəndə qarşılayırlar.
Bəxtiyar CƏFƏRLİ