EN

Ukraynada səfərbərlik yeni formada aparılacaq

Yaxın gələcəkdə Ukraynada səfərbərlik prosedurları münaqişəli vəziyyətlərin sayını azaltmaq üçün əhəmiyyətli dərəcədə tənzimlənəcək.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fedor Venislavski TSN-ə açıqlayıb.

Deputat prezident Vladimir Zelenskinin səfərbərlik fəaliyyətləri zamanı münaqişələrin minimuma endirilməsinin zəruriliyi ilə bağlı əvvəlki açıqlamalarına istinad edib.

O vurğulayıb ki, vətəndaşların özləri tərəfindən hərbi öhdəliklərin yerinə yetirilməsində bir çox sui-istifadə və uğursuzluqlar mövcuddur: “Bütün bunları nəzərə alaraq Müdafiə Nazirliyi hazırda səfərbərlik prosedurlarının təkmilləşdirilməsi üçün təkliflər hazırlayır. Xüsusilə, onlar hərbi xidmətdən yayınmağı qeyri-mümkün etməklə yanaşı, münaqişəli vəziyyətləri aradan qaldırmağı planlaşdırırlar”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
32
herbiand.az

1Sources