EN

Məşhur futbolçu Niderlandda qərar tutdu

Nəhayət, Rahim Sterlinqin yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, İngiltərə yığmasının sabiq oyunçusu karyerasını Niderlandda davam etdirəcək. “Feyenoord” rəsmi saytı vasitəsi ilə onun transferini açıqlayıb. Sonuncu klubu “Çelsi” olan 31 yaşlı yarımmüdafiəçi ilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Sterlinq “Liverpul”, “Mançester Siti, “Çelsi” və “Arsenal”da çıxış edib. İngiltərə yığmasındı 82 oyuna çıxan futbolçu 20 qol vurub.

Chosen
38
1
football-plus.az

2Sources