Müğənni Ofelya Şabanova qalmaqal yaşadığı həmkarı Nüşabə Musayevanın onun haqqında səsləndirdiyi iddialara cavab verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı o, “Öz aramızda” verilişində danışıb.
Ofelya deyib ki, həyat yoldaşı ondan əvvəl ailəli olub, ayrılıb: “Həyat yoldaşım məndən öncə ailəli olub. Allahın ədaləti böyükdür. Sizcə 16 yaşında bir uşaq ailə dağıda bilərmi? Onda dünyanı bilməyən balaca qız idim.
Erkən nikaha hər birimiz “yox” deyirik. Xanımlar 23-24 yaşında ailə qursalar, yaxşıdır. Mənim nəyimə lazımdır ki, kim neçə dəfə ailə dağıdıb? Mənə maraqlı olan şəxsimdir, ailəmdir. Həyat yoldaşım məndən öncə ailəli olub, boşanıb. Mən olmasam, başqasını alacaqdı. Şər-böhtandır”.
Sara, Bizim.Media