Avropanın kollektiv təhlükəsizliyə baxışı kökündən dəyişib, ölkələr müdafiə sahəsinə investisiya qoymaq və NATO-da daha fəal rol oynamaq istəyirlər.
AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə alyansın müdafiə nazirləri ilə görüşdən sonra deyib. Onun sözlərinə görə, Avropa ölkələrinin əhval-ruhiyyəsində köklü dəyişiklik baş verib. Onlar onilliklərdir ki, Avropanın müdafiə xərclərinin kifayət qədər olmaması ilə bağlı ABŞ-ın şikayətlərini dinləyirdilər. Lakin Haaqa sammitindən bəri vəziyyət dəyişib.
“Avropa NATO-da liderlik rolunu getdikcə öz üzərinə götürür və müdafiəyə, təhlükəsizliyə daha çox pul xərcləməyə hazırdır”, - deyə Rütte Münhen Təhlükəsizlik Konfransı çərçivəsindəki çıxışında bildirib.
Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Avropanı NATO-ya yetərincə vəsait ayırmadığına görə dəfələrlə tənqid edib və bütün üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 5 faizinədək artırmasını istəyib.