EN

Paşinyan Rusiyanı ifşa etdi: Bakı, İrəvan və Ankaraya qarşı...

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya daxilində müəyyən siyasi dairələr İrəvanın Türkiyə və Azərbaycan ilə münasibətləri normallaşdırmasını öz maraqlarına uyğun hesab etmir.

Globalinfo.az xəbər verir ki, baş nazirin sözlərinə görə, regionda sülhün əldə olunması və qonşu dövlətlərlə münasibətlərin bərpası Ermənistan üçün tam müstəqil siyasət yürütmək imkanı yarada bilər.

O qeyd edib ki, düşmənçilik mühitinin davam etməsi isə ölkəni təhlükəsizlik baxımından daha çox Moskva ilə sıx əməkdaşlığa məcbur edir.

Paşinyan vurğulayıb ki, regional kommunikasiyaların açılması və diplomatik münasibətlərin normallaşması Ermənistanın iqtisadi inkişafı və siyasi manevr imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ekspertlər hesab edir ki, İrəvanın son bəyanatları Cənubi Qafqazda davam edən sülh prosesinin gələcək istiqamətləri ilə bağlı yeni siyasi müzakirələrə səbəb ola bilər.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
131
globalinfo.az

1Sources