Elvin üçün "Qarabağ"a üç milyon avroluq təklif gəlib?
Ajans.az xəbər verir ki, Elvin Cəfərquliyev İtaliya, Almaniya və Fransadan olan klubların transfer siyahısındadır. Ağdam təmsilçisi adıçəkilən müdafiəçini satarsa, 3 milyon avro qazana bilər. Çünki ona dəvət göndərən Avropa komandalarından biri “köhlən atlar”a bu qədər təzminat ödəməyə hazırdır.
Sol cinah oyunçusunun “Qarabağ”la kontraktı gələn ilin yayında başa çatacaq. (Sportinfo)