EN

Şoyqudan xəbərdarlıq: Ermənistana baha başa gələcək

Ermənistanın ABŞ ilə atom enerjisi sahəsində imzaladığı əməkdaşlıq sazişi regionda müzakirələr doğurub.

Turkustan.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan sənədin məqsədinin Amerika texnologiyalarına çıxış əldə etmək və modul tipli nüvə reaktorları barədə tam məlumat toplamaq olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, rəsmi İrəvan gələcək enerji strategiyasında kiçik modul atom elektrik stansiyalarına üstünlük verməyi planlaşdırır və bu istiqamətdə ABŞ-la əməkdaşlıq əsas prioritetlərdən biridir.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə bu planı tənqid edib. O qeyd edib ki, ABŞ bu sahədə real tikinti təcrübəsinə malik deyil və indiyədək bir dənə də işlək modul AES inşa etməyib.

Şoyqu əlavə edib ki, belə layihə Ermənistan istehlakçıları üçün baha başa gələ bilər və bu, ciddi narahatlıq yaradır. /Musavat.com/

Chosen
46
1
turkustan.az

2Sources