“Atletiko Madrid”in “Qalatasaray”ın futbolçusu Viktor Osimheni transfer etmək istəməsi ilə bağlı bəzi detallar məlum olub.
NOCOMMENT.az xəbər verir ki, İspaniya nəhəngi Osimheni almaq üçün bəzi futbolçuları heyətdən göndərmək istəyir.“Fichajes”də dərc edilən xəbərə görə, məşqçi Dieqo Simeone klub rəhbərliyinə transfer üçün təlimat verib. “Atletiko Madrid” bir sıra futbolçuları klubdan göndərərək, onların transferindən əldə edəcəyi gəliri Osimhenin transferinə yönəltmək istəyir. İddialara görə, “Atletiko Madrid” bütün maliyyə planlarını Osimhenin transferinə əsaslayıb. Klubun Osimhen üçün rekord təklif irəli sürəcəyi iddia edilir.
İddia olunur ki, “Qalatasaray” təxminən 75 milyon avroya əldə etdiyi hücumçu üçün təxminən 140 milyon avro tələb edir. İspaniya təmsilçisinin müqaviləni maliyyələşdirmək üçün norveçli hücumçu Aleksandr Sörlotla da yollarını ayıra biləcəyi müzakirə olunur. /Metbuat.az /