Argentina millisinin kapitanı Lionel Messi fiziki vəziyyətindən asılı olaraq dünya çempionatında iştirak etməyə bilər.
Milli.Az xəbər verir ki, ulduz futbolçu bildirib ki, yalnız 100 faiz formda olacağı təqdirdə mundialda oynayacaq.
Messinin sözlərinə görə, özünü cəmi 1 faiz belə hazır hiss etməsə, turnirdə iştirak etməyəcək. O, MLS-in rəqabət səviyyəsinin dünya çempionatına maksimal formada hazırlaşmaq üçün kifayət qədər yüksək olmadığını düşünür və buna görə də fiziki hazırlığını tam səviyyəyə çatdırmalı olduğunu vurğulayıb.
Ulduz futbolçunun gələcək mundialdakı iştirakı tam olaraq sağlamlıq və fiziki durumundan asılı olacaq. (Offsideplus.az)
Milli.Az