EN

ABŞ və Avropa NATO üstündə qarşı qarşıya: Alyansa kim nəzarət edəcək?

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

NATO-nun rəhbər strukturlarında Avropanın rolu daha da artırılacaq, lakin ABŞ Avropa ərazisində hərbi və nüvə qüvvələrini saxlamaqda davam edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Baş katib qeyd edib ki, alyansın idarəetmə mexanizmlərində aparıcı rol getdikcə daha çox Avropa ölkələrinə keçir. Onun sözlərinə görə, NATO daxilində məsuliyyət bölgüsünün yenilənməsi təşkilatın müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir.

Bununla yanaşı, Mark Rutte vurğulayıb ki, ABŞ Avropada həm nüvə, həm də konvensional hərbi mövcudluğunu qorumağa sadiq qalır. O bildirib ki, bu amil NATO-nun kollektiv təhlükəsizlik sisteminin əsas sütunlarından birini təşkil edir.

Qeyd edək ki, NATO çərçivəsində qəbul edilən qərara əsasən, alyansın üç regional qərargahında komandanlıq vəzifələri Avropa generallarına həvalə olunub. Bununla belə, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinə ümumi komandanlıq və alyansın ali baş komandanı postu ABŞ-ın nəzarətində saxlanılıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
globalinfo.az

1Sources