EN

ABŞ məşhur alış-veriş portalını “qara siyahı”ya SALDI

ABŞ prezidenti Donald Trampın administrasiyası iri onlayn alış-veriş portalı olan “Alibaba”nı şirkətini Çinin hərbi sektoru ilə əlaqəli şirkətlər siyahısına daxil etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Söhbət Pentaqonun 1260H siyahısından gedir. Həmin siyahıya ABŞ-ın qiymətləndirməsinə görə Çin Xalq Azadlıq Ordusu (ÇXAO) ilə əməkdaşlıq edən şirkətlər daxil edilir. Siyahı birbaşa sanksiyalar nəzərdə tutmur, lakin bu cür şirkətlərlə müqavilələrin bağlanmasını məhdudlaşdırır və ABŞ dövlət qurumları üçün siqnal xarakteri daşıyır.

Hazırda siyahıda “Tencent Holdings” və “CATL” daxil olmaqla bir sıra iri Çin şirkətləri artıq yer alır.

Bizim.Media

Chosen
24
1
bizim.media

10Sources