EN

Cefri Epşteynlə bağlı ŞOK: Sağdır və İsraildə yaşayır? – FOTO YAYILDI 

İsrail mediasında yayılan məlumatlar qalmaqallı maliyyəçi Cefri Epşteynin sağ ola biləcəyi ilə bağlı müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, məlumata görə, İsrailin bəzi media orqanları ölkə ərazisində yaşayan və Cefri Epşteyni xatırladan bir şəxsin fotosunu dərc ediblər. Nəşrlər iddia edir ki, bu şəxs xarici görünüşünə görə məşhur maliyyəçi ilə böyük oxşarlıq təşkil edir və onun ölümünün şübhə altında olduğunu göstərir.

Xatırladaq ki, Cefri Epşteyn 2019-cu ildə ABŞ-da həbsxanada ölü tapılmışdı. Rəsmi versiyaya görə, o, intihar edib. Lakin həmin vaxtdan bəri ölümünün əsl səbəbi ilə bağlı müxtəlif şübhələr və konspirasiya nəzəriyyələri yayılıb.

İsrail mediasında yayılan son xəbərlərdə qeyd olunur ki, fotodakı şəxs uzun müddətdir ölkədə yaşayır və yerli icmada tanınır. Bu isə Epşteynin ölümünün saxtalaşdırıldığı və onun gizli şəkildə başqa ölkəyə aparıldığı ehtimallarını yenidən gündəmə gətirib.

Hələlik rəsmi qurumlar tərəfindən bu iddialarla bağlı hər hansı təsdiqedici açıqlama verilməyib. Ekspertlər isə yayılan məlumatların yoxlanılmadan qəbul edilməsinin düzgün olmadığını bildirirlər.

Qeyd edək ki, Cefri Epşteyn yetkinlik yaşına çatmayan şəxslərin istismarı və insan alveri ilə bağlı ittihamlarla dünya gündəminə gəlmişdi və onun işi bir sıra nüfuzlu şəxslərin adı ilə əlaqələndirilirdi.

Natiq Səlim,
KONKRET.az

Chosen
21
2
konkret.az

3Sources