EN

"Real"ın yarımmüdafiəçisi ərəblərin hədəfindədir

Bakı. Trend:

"Əl-İttihad" "Fənərbaxça"ya keçən Nqolo Kanteyə əvəzləyicitapıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Real"daçıxış edən Eduardo Kamavinqanı transfer etmək istəyir.

"Əl-İttihad" fransalı yarımmüdafiəçini yayda heyətinə qatmağaçalışacaq. Ərəblər 23 yaşlı futbolçunu heyətinə qatmaq üçün böyükmaliyyə paketi hazırlayır.

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında"Renn"dən 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü bumövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmimatçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
8
3
az.trend.az

4Sources