EN

: “Rusiya Ermənistan və Azərbaycan qarşı…” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada müəyyən siyasi dairələrin Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasında maraqlı olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, həmin dairələr belə düşünür ki, Ermənistanın region ölkələri ilə sülhə nail olması Moskvanın təsir imkanlarını zəiflədə bilər.

“Rusiyada müəyyən dairələr var ki, aşağıdakı məntiqə əsaslanırlar: Ermənistan üçün Türkiyə və Azərbaycanla sülh sərfəli deyil. Çünki bu halda Ermənistan tam müstəqil dövlətə çevriləcək. Əgər düşmənçilik davam edərsə, Ermənistan Rusiyaya daha sıx bağlanmağa məcbur olacaq”, – deyə Paşinyan vurğulayıb.

Baş nazir qeyd edib ki, regionda davamlı sülhün bərqərar olması Ermənistanın suverenliyinin möhkəmlənməsinə və müstəqil xarici siyasət yürütməsinə imkan yarada bilər.

O, həmçinin bildirib ki, rəsmi İrəvan bütün çətinliklərə baxmayaraq, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində səylərini davam etdirəcək.

Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
1
konkret.az

2Sources