EN

Polşa və Litva Kalininqrad bölgəsi yaxınlığında birgə təlim sahəsi yaradır

Polşa və Litva Kalininqrad vilayətinə yaxın yerləşən Suvalki dəhlizində birgə hərbi təlim sahəsi yaratmağı planlaşdırır.

Editor.az bu barədə “The National Interest” nəşrinə istinadən xəbər verir. Məqalədə qeyd olunur: “Nəhəng birgə sərhədyanı təlim zonası formalaşacaq və bu, Suvalki dəhlizini faktiki olaraq Polşa və Litva qüvvələri tərəfindən idarə olunan NATO-nun ‘sərhəd tanımayan forpostu’na çevirəcək”.

Yayılan məlumata görə, yanvar ayının sonunda Vilnüsdə Ukrayna Prezidenti Volodimir Zelenski və Polşa lideri Karol Navrotskinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə Litva Prezidenti Gitanas Nauseda alyansın “Axilles dabanı” adlandırılan bu bölgədə təhlükəsizliyin gücləndirilməsini təklif edib.

Bildirilir ki, Litva Suvalki dəhlizinin mərkəzində yerləşən Kapçiamiestis qəsəbəsində briqada səviyyəli yeni təlim poliqonunun yaradılmasına 100 milyon avro sərmayə yatırıb.

Nəşr vurğulayır ki, Litvanın təklifinin əsas yeniliyi Polşaya təlim obyektini sərhədin hər iki tərəfinə doğru genişləndirmək üçün rəsmi dəvət xarakteri daşımasıdır.

// Gülnarə Abasova, Editor.az

Chosen
34
editor.az

1Sources