Ermənistanın Baş naziri Nikol Paşinyan istintaq altında olan iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasından hökumət başçısı vəzifəsinə namizədliyinin irəli sürülməsi barədə məlumatı şərh edib.
Bu barədə "Report" Ermənistan KİV-nə istinadən xəbər verir.
"Ermənistanın qanunvericiliyinə və Konstitusiyasına əsasən, ikinci və ya üçüncü ölkə vətəndaşlığı olan şəxs nə deputat, nə də Baş nazir vəzifəsinə namizəd ola bilər. Buna görə də, sizin danışdığınız məsələ nə de-yure, nə də de-fakto mövcuddur. Ona görə də mövcud olmayan bir şeyi şərh etməyi zəruri hesab etmirəm", - Paşinyan bildirib.