Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X"dəki hesabında məlumat yayılıb.
Liderlər Türkiyə ilə İraq arasındakı ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyə ilə İraqın müxtəlif sahələrdə əlaqələri inkişaf etdirəcəyini bildirib. O qeyd edib ki, terrorizmlə mübarizə mövzusunda əməkdaşlığı artırmaq hər iki ölkənin xeyrinədir.
Cumhurbaşkanımız @RTErdogan, Irak Başbakanı Muhammed Şiya es-Sudani ile bir telefon görüşmesi gerçekleştirdi.
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) February 13, 2026
Liderler, Türkiye ile Irak arasındaki ikili ilişkileri, bölgesel ve küresel konuları ele aldı.
Cumhurbaşkanımız Erdoğan görüşmede, Türkiye ile Irak’ın ticaret başta…