EN

Tofiq Musayevin yeni rəqibi və döyüş məkanı bəlli oldu - RƏSMİ

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayevin UFC-dəki növbəti döyüşü rəsmiləşib.

Fanat.Az xəbər verir ki, təmsilçimiz 4 aprel 2026-cı il tarixində braziliyalı Samuel Sançeslə üz-üzə gələcək.

Qarşılaşma ABŞ-nin Las-Veqas şəhərində yerləşən "UFC Apex" arenasında baş tutacaq.

Xatırladaq ki, Tofiq Musayev UFC-də iyunun 21-də Bakıda debüt edib. Qırğızıstanlı Mıktıbek Oralbaya qarşı döyüşən həmvətənimiz birinci raundda gözlənilmədən ağrıdıcı fəndə düşərək təslim olub. Onun UFC rəhbərliyi ilə 4 döyüşlük müqaviləsi var.

Kamil Xudiyev

Chosen
13
1
fanat.az

2Sources