Abşeron rayonunun Məmmədli kənd sakinləri həyətlərinə çirkab sularının dolmasından şikayətçidirlər.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Sakinlərin sözlərinə görə, Məmmədlinin Nəriman Nərimanov küçəsində yerləşən 20-yə yaxın evin zirzəmisinə tullantı suları dolub. Küçə isə keçilməz vəziyyətə düşüb.
Daha bir vətəndaş qeyd edib ki, problemin yaranmasına səbəb yaxınlıqdakı kanalizasiya xəttinin sıradan çıxmasıdır:
“Belə acınacaqlı vəziyyətdə yaşamağa məhkum olmuşuq, amma aidiyyəti qurumlardan tədbir görəni yoxdur”.


Sorğusuya cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən kanalizasiya xəttinin sıradan çıxması ilə bağlı səsləndirilən iddia təkzib olunub:
“Bu məlumat yanlışdır. Çünki Məmmədli kəndinin N.Nərimanov küçəsində ümumiyyətlə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi (kanalizasiya xətti – red.) mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sifarişi ilə şəbəkənin qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”. /oxu.az/