EN

5000-dən çox könüllü WUF13-ün təlim proqramına cəlb olunacaq

Bakı. Trend:

16 fevraldan 13 marta qədər Ümumdünya Şəhərsalma Forumunun 13-cüsessiyasına (WUF13) hazırlıq çərçivəsində həyata keçirilən KönüllüProqramının müsahibə mərhələsini uğurla keçmiş namizədlər üçünümumi təlim təşkil olunacaq.

Trend xəbərverir ki, bu barədə WUF13-ün rəsmi "X" hesabında paylaşımedilib.

Bildirilib ki, təlim proqramı üç əsas istiqamət üzərindəqurulub:

  • Ümumi oriyentasiya;
  • Rola əsaslanan təlim;
  • Məkan üzrə hazırlıq.

Qeyd edilib ki, bu təlimlər könüllülərin tədbir müddətində özvəzifələrini səmərəli və peşəkar şəkildə yerinə yetirmək üçün tamhazır olmasını təmin etmək məqsədi daşıyır. Təlimi uğurla başavuran 2500 könüllü WUF13-ün müxtəlif əməliyyat sahələrinəyerləşdiriləcək.

WUF13 Könüllü Proqramına müraciət edən 16 000 namizəddən 10500-dən çoxu ilkin seçim mərhələsini keçərək müsahibəyə dəvətolunub. 5000-dən çox namizəd bu mərhələni uğurla başa vurub.

Müraciət edənlər arasında 1500-dən çox xarici vətəndaş olub.

Məqalədə:
Chosen
73
1
az.trend.az

5Sources