EN

“Milan”ın amerikalı hücumçusu ilə maraqlanır – “Liverpul”

“Liverpul” “Milan”ın hücumçusu Kristian Pulişiçlə maraqlanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlılar ABŞ-dan olan futbolçunun çıxışını yaxından izləyirlər.

Pulişiçin “Milan”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. O, illik 4 milyon avro maaş alır, əlavə olaraq 1 milyon avro bonus qazanmaq imkanı var.

Bununla yanaşı, “Milan”ın sözləşmənin müddətini birtərəfli qaydada 2028-ci ilə qədər uzatmaq hüququ mövcuddur.

27 yaşlı futbolçu “Milan”dakı durumundan məmnundur. Ancaq o, klubdan yeni müqavilə təklifi gözləsə də, indiyədək rəsmi addım atılmayıb.

Pulişiç cari mövsümdə A Seriyasında 16 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə verib. O, həmçinin, İtaliya kubokunda 3 matçda iştirak edərək iki dəfə fərqlənib.

Chosen
29
sportinfo.az

1Sources