EN

Avropa çempionatı: Batumidə Azərbaycan da daxil olmaqla səkkiz komanda yarışacaq

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərinin ev sahibliyi edəcəyi Avropa çempionatının B Divizionunda qüvvəsini sınayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, iyulun 15-dən 19-dək baş tutacaq turnirdə ümumilikdə 8 yığma - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Latviya, İngiltərə, Belçika, Norveç və Malta komandaları çempionluq uğrunda yarışacaqlar.

Yarışın keçirilmə qaydaları və püşkatma mərasimi haqqında detallar növbəti günlərdə ictimaiyyətə açıqlanacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
59
1
oxu.az

2Sources