“Qurman Plyus” MMC bülletendə olan əməkdaşını işdən çıxarır.
Bu barədə NOCOMMENT.az -a MMC-nin müddətli əmək müqaviləsi ilə çalışan işçisi Murad Məmmədov deyib.
O, 10 fevral 2026-cı ildən Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müqaviləsinin ləğv ediləcəyi barədə rəsmi bildiriş aldığını açıqlayıb.
Məmmədov bildirib ki, hazırda xəstəlik vərəqəsindədir, kirayədə yaşayır və məhkəmə qərarı ilə himayəsində olan iki azyaşlı da daxil olmaqla üç övladının yeganə təminatçısıdır. Onun sözlərinə görə, mövcud vəziyyətdə yeni iş tapmaq imkanı olmayıb və müqavilənin xitamı ailəsinin sosial durumunu daha da ağırlaşdıracaq.
O, əmək müqaviləsinin ləğv edilməsinin sağlamlıq və sosial vəziyyəti nəzərə alınmadan planlaşdırıldığını qeyd edib və məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət etdiyini bildirib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Aliyə
NOCOMMENT.az