EN

ABŞ ən iri aviadaşıyıcısını Yaxın Şərqə göndərir - KİV

Bakı. Trend:

ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin “Gerald R. Ford” aviadaşıyıcısıvə onu müşayiət edən donanma Yaxın Şərqə göndəriləcək.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu barədə aviadaşıyıcının ekipajına bildirişdaxil olub. Qeyd olunur ki, aviadaşıyıcı İran körfəzində olan"Abraham Linkoln" gəmisinin zərbəçi qrupuna qoşulacaq.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə zərbəçiqrupla müşayiət olunan ikinci aviadaşıyıcını göndərmək imanınınəzərdən keçirdiyini bildirmişdi.

Qeyd edək ki, “USS Gerald R. Ford” (CVN-78) ABŞ Hərbi DənizQüvvələrinə məxsus ən yeni nəsil nüvə enerjili aviadaşıyıcıdır və"Gerald R. Ford" sinfinin ilk gəmisidir. 2017-ci ildə istismaraqəbul edilən bu gəmi elektromaqnit katapult sistemi (EMALS) vəinkişaf etmiş radar kompleksləri ilə təchiz olunub.

Məqalədə:
Chosen
18
az.trend.az

1Sources