EN

Qanda şəkəri azaltmağın SADƏ YOLU – Mütəxəssis MƏSLƏHƏTİ

Yeməkdən sonra gəzinti qanda şəkərin səviyyəsini aşağı salır.

İnterpress.az xəbər verir ki, bu barədə mütəxəssis-endokrinoloq məlumat yayıb.

Həkim bildirir ki, yeməkdən dərhal sonra edilən piyada gəzinti qanda qlükoza səviyyəsini aşağı salmağa kömək edir. Bu cür gəzintilər xüsusilə şəkərli diabetdən əziyyət çəkən insanlar üçün daha aktualdır.

Əgər şəxs birinci tip diabetdən əziyyət çəkirsə, yeməkdən sonrakı aktivlik insulin dozalarının azaldılmasına şərait yarada bilər.

İkinci tip diabet və ya hestasiya diabeti (hamiləlik zamanı yaranan şəkər) zamanı isə bu vərdiş qlikemiyanın daha yaxşı idarə olunmasına xidmət edir.

Bundan əlavə, yeməkdən sonra gəzmək kalori defisiti yaradaraq bədən çəkisinin azaldılmasına və artıq çəkidən qurtulmağa da müsbət təsir göstərir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
145
interpress.az

1Sources