EN

Ermənistan Parlamenti müxalifət blokunun təşəbbüsünü rədd edi

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Hakim “Mülki Müqavilə” fraksiyasının üzvləri Hakobyanla bağlı qətnamə layihəsinin əleyhinə səs veriblər

Ermənistan Parlamentinin iclasında Ermənistan Televiziya və Radio Yayımları Komissiyasının üzvü Hakob Hakobyanın vəzifəsindən azad edilməsi ilə bağlı müxalif “Ermənistan” bloku fraksiyası tərəfindən təqdim edilmiş qətnamə layihəsi rədd edilib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, fraksiyanın katibi Artsvik Minasyanın sözlərinə görə, Televiziya və Radio Yayımları Komissiyasının üzvü hökumətin ideyalarını dəstəkləməklə və “Daşnaksütyun” Partiyası haqqında böhtan xarakterli açıqlamalar verməklə Komissiya üzvü statusundan irəli gələn siyasi neytrallıq və təmkinlilik konstitusiya tələblərini pozub.

“11 fevralda Korrupsiyanın Qarşısının Alınması Komissiyasının sədri vəzifəsini icra edən Mariam Qalstyan Hakobyanın açıqlamalarının siyasi təmkin nümayiş etdirmək öhdəliyi ilə bağlı etik qaydaları pozduğunu deyib. Buna baxmayaraq, hakim “Mülki Müqavilə” fraksiyasının üzvləri qətnamə layihəsinin əleyhinə səs verdilər və Hakobyanın öz vəzifəsini saxlamasına imkan verdilər”, - deyə qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
115
ayna.az

1Sources