EN

Paltarlar yuyulduqdan sonra niyə nəm qoxusu verir? – 5 əsas səbəb və həlli

Yuyulmasına baxmayaraq paltarlardan gələn nəm və kif qoxusu bir çox evdə rast gəlinən problemdir.


Pravda.az bildirir ki, bunun bir neçə əsas səbəbi var və düzgün yanaşma ilə bu problemin qarşısını almaq mümkündür.


Maşının həddindən artıq doldurulması

Paltaryuyan maşın normadan artıq yükləndikdə paltarlar tam yuyulmur. Parçalar arasında hava və su düzgün dövr etmədiyi üçün kir və bakteriyalar qalır, nəticədə xoşagəlməz qoxu yaranır.


Paltarların maşında saxlanılması

Yuma prosesi bitdikdən sonra paltarlar uzun müddət maşının içində qalarsa, rütubət bakteriyaların çoxalmasına şərait yaradır. Bu isə nəm qoxusuna səbəb olur. Paltarları proqram bitən kimi çıxarmaq tövsiyə edilir.
 

Maşının daxilinin çirkli olması

Filtr, rezin hissələr və baraban mütəmadi təmizlənmədikdə kif və bakteriya toplanır. Bu qoxu sonradan yuyulan paltarlara da keçir. Vaxtaşırı boş, yüksək temperaturda yuma proqramı işə salmaq və filtri təmizləmək məsləhətdir.


Yuma vasitəsinin düzgün istifadə olunmaması

Həddindən artıq və ya az miqdarda yuma vasitəsindən istifadə etmək paltarların yaxşı yuyulmamasına səbəb ola bilər. Artıq yuma vasitəsinin qalıqları da qoxu yarada bilər.


Düzgün qurudulmama

Paltarlar kifayət qədər qurudulmadıqda və ya rütubətli mühitdə saxlanıldıqda nəm qoxusu qalıcı ola bilər. Yaxşı havalanan yerdə və ya düzgün qurutma rejimində qurudulması vacibdir.


Əminə Bayramova 

Tarix: 13 Fevral 2026, 17:28   
Chosen
117
pravda.az

1Sources