EN

“Bu gün “Neftçi” “Qarabağ”a pas verdi, sabah isə...” Bəhram Bağırzadənin ə AÇIQLAMASI

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında "Neftçi" - "Qarabağ" oyununun təxirə salınmasına razılıq verilməsi azarkeşlər arasında birmənalı qarşılanmayıb. Xüsusilə “Ağ-qaralar”ın fanatları bu qərara daha həssas reaksiya göstəriblər və əvvəlcədən belə güzəştlərə qarşı olduqlarını bildirmişdilər.

Məsələ ilə bağlı İdman.Biz-ə əməkdar artist, tanınmış futbol azarkeşi Bəhram Bağırzadə münasibət açıqlayıb.

Bağırzadə bildirib ki, məsələyə yalnız formal futbol qaydaları prizmasından yanaşmaq düzgün deyil:

“Sərt futbol qanunları baxımından bəlkə də "Neftçi" düzgün addım atmadı. Amma klubun insani yanaşmanı seçməsinə sevinirəm. Bizi digər xalqlardan fərqləndirən də məhz budur – bir-birimizə qarşı anlayış göstərmək və təkcə meydanda yox, həyatda da pas verməyi bacarmaq. Bu gün "Neftçi" belə bir pas "Qarabağ"a verdi. Əminəm ki, sabah "Neftçi" ölkəmizi avrokuboklarda təmsil edəndə, "Qarabağ" da eyni addımı atacaq".

Xatırladaq ki, paytaxt klubunun rəsmi razılığından sonra Peşəkar Futbol Liqası 21 fevralda keçirilməli olan "Neftçi" - "Qarabağ" qarşılaşmasını daha gec tarixə təxirə salıb. Qərarın "Qarabağ"ın sıx qrafiki və beynəlxalq öhdəlikləri ilə bağlı verildiyi bildirilir.

Vüqar Vüqarlı

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
1
icma.az

2Sources